EN

ADY dən balaca sərnişinlər üçün pulsuz SƏYAHƏT

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlarda uşaqlar üçün güzəştli və pulsuz səyahət imkanlarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, 5 yaşadək uşaqlar ayrıca yer tutmamaq şərtilə ödənişsiz səyahət edə bilərlər. 5–10 yaş arası uşaqlar üçün isə səyahət sinfi, biletin alınma tarixi və mövsümdən asılı olaraq 50 faizə qədər endirim tətbiq olunur.

ADY qeyd edib ki, 5 yaşadək bir uşaq üçün nəzərdə tutulan pulsuz bilet mütləq qaydada rəsmiləşdirilməlidir.

Bildirilib ki, uşaqlarla səyahət yalnız etibarlılıq müddəti olan pasport əsasında mümkündür. Uşaq bir valideynlə səfər etdiyi halda digər valideynin, valideynsiz digər böyüklə səfər etdikdə isə hər iki valideynin notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur.

Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
150
18
redaktor.az

10Sources