EN

Hatayda güclü yağış 4 can aldı: itkin düşən var

Türkiyənin Hatay vilayətində güclü yağış sel və daşqınlara səbəb olub, 4 nəfər ölüb, 1 nəfər itkin düşüb.

 
Sitat.info xəbər verir ki, bir kvadratmerə 157,2 mm yağıntı düşüb, nəticədə Asi çayı daşıb, küçə və prospektlər, evlər, müəssisələr və kənd təsərrüfatı sahələri su altında qalıb.
 
Bundan başqa, torpaq sürüşməsi nəticəsində bir ev uçub, bəzi körpülər və yollar çöküb, avtomobillərə ciddi ziyan dəyib.
Chosen
28
8
sitat.info

9Sources