EN

Qayda pozan motosikletçi ağır qəzaya düşdü VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qayda pozan motosikletçi ağır qəza törədib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Novosibirsk vilayətində baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb.

Belə ki, nizamlanmayan dördyol ayrıcında yük avtomobili sola dönmə manevri edib. Bu zaman 57 yaşlı bayker yüksək sürətlə, bütöv xəttin (ötmə qadağandır nişanının) təsir dairəsində qarşı tərəfin hərəkət zolağına çıxaraq yük maşınını ötməyə cəhd göstərib və toqquşma baş verib.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan motosikletçi dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, aldığı ağır xəsarətlərdən onun həyatını xilas etmək mümkün olmayıb, o, tibb müəssisəsində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
43
avtosfer.az

1Sources