EN

Nyu-Yorkda dəhşətli partlayış

Nyu-York Yanğın Departamentinin təcili tibbi yardım üzrə rəhbər müavini İan Svords hadisə nəticəsində ölüm halının qeydə alındığını açıqlayıb.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, hadisə nəticəsində bir mülki şəxs həyatını itirib, 34 yanğınsöndürən və xilasedici xəstəxanaya yerləşdirilib.

Ölü sayının artacağı istisna edilmir.

Nyu-York meri Zohran Mamdani gecə saatlarında açıqlama yayaraq yanğının nəzarət altına alındığını bildirib.

O, həyatını itirən şəxsin ailəsinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.

Chosen
36
21
publika.az

10Sources