İyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi Rusiya Ermənistanın mövcud hakimiyyətinə qarşı yeni təzyiq vasitəsini işə salıb.
Musavat.com xəbər verir ki, bu dəfə prosesə Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti(Rospotrebnadzor) qoşulub. Xidmət Ermənistanda istehsal olunan keyfiyyətsiz spirtli içkiləri “müəyyən etdiyini” açıqlayıb. Müvafiq açıqlamada onların Rusiyada satışı dayandırılıb.
Xidmət iddia edir ki, araşdırma nəticəsində Vedi-alko QSC, Abovyan Brandy Factory MMC və Şahnazaryan Wine and Brandy House MMC tərəfindən istehsal olunan məcburi tələblərə cavab verməyən məhsullar müəyyən edilib: Vedi-alko QSC tərəfindən istehsal olunan "Getap Vernaşen" adi qırmızı yarımşirin şərab (11 faiz spirt, 0,75 l, 3 fevral 2025-ci il tarixində şüşəyə doldurulub) və "Vedi-alko" Kharji T3 "Arni Legends" adi ağ quru şərab (12 faiz spirt, 0,75 l, 17 dekabr 2024-cü il tarixində şüşəyə doldurulub)".
“Keyfiyyətsiz” məhsulların siyahısına Abovyan Konyak Fabriki MMC (Abovyan, Ermənistan Respublikası) tərəfindən istehsal olunan "Ermənistan Konyakı 5 Ulduz" (40 faiz spirt, 0,5 litr, 20 yanvar 2025-ci il tarixində butulkaya doldurulub) da daxildir.
Bundan əlavə, Şahnazaryan Şərab və Konyak Evi MMC (Yeqvard, Ermənistan Respublikası) tərəfindən istehsal olunan "KV" (Şahnazaryan XO) yeddi illik köhnə erməni konyakında da (40 faiz spirt, 0,5 litr, 16 may 2025-ci il tarixində butulkada) “uyğunsuzluq” aşkar edilib.
Rospotrebnadzor bildirib ki, məcburi tələblərə cavab verməyən məhsulların satışının qarşısını almaq üçün pərakəndə satıcılara və idxalçılara satışın dayandırılması və keyfiyyətsiz spirtli içkilərin dövriyyədən çıxarılması barədə məlumat verilib.
Musavat.com