EN

Harri Kasparov beynəlxalq axtarışa verilib

Rusiya tanınmış şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə onunla bağlı cinayət işi üzrə istintaqın gedişində müstəntiqlər qərar veriblər.

Qeyd edək ki, Harri Kasparov barədində ötən ilin dekabr ayında Rusiyada terrorizmə haqq qazandırmaq ittihamı ilə qiyabi həbs qərarı çıxarılıb.

Rusiyada “xarici agent” kimi tanınan, həmçinin terrorçular və ekstremistlər reyestrinə daxil edilən Kasparova qarşı ittiham irəli sürülüb.

O, Rusiya Cinayət Məcəlləsi üzrə informasiya-telekommunikasiya şəbəkələrindən, o cümlədən internetdən istifadə etməklə terrorizmə açıq şəkildə haqq qazandırmaqda və ona çağırışlar etməklə ittiham olunur.

Harri Kasparov uzun illərdir Rusiyadan kənarda yaşayır.

Chosen
37
7
moderator.az

8Sources