EN

Tulsi Qabbardın Mərkəzi Kəşfiyyat İdarəsi ilə qarşıdurma yaşadığı məlum olub

ABŞ Milli Kəşfiyyatının direktoru postundan istefa verəcəyini açıqlayan Tulsi Qabbardın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə pərdəarxası qarşıdurma yaşadığı məlum olub.

Moderator.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, Qabbardın rəhbərlik etdiyi Milli Kəşfiyyat Direktoru Aparatı bir neçə ay ərzində MKİ ilə gizli qarşıdurma şəraitində olub və bu vəziyyət Senatın daxili təhlükəsizlik və dövlət islahatları komitəsində keçirilən dinləmələr zamanı açıq müstəviyə çıxıb.

“The Washington Post“ isÉ™ yazır ki, Donald Trampın hazırkı prezidentlik dövründÉ™ MKİ ilÉ™ Milli Kəşfiyyat Direktoru Aparatı arasında ciddi gÉ™rginlik müşahidÉ™ olunur vÉ™ Qabbardın istefası MKİ direktoru Con Retkliffin mövqelÉ™rini güclÉ™ndirÉ™ bilÉ™r.

Mayın 13-dÉ™ Senat komitÉ™sindÉ™ çıxış edÉ™n MKİ É™mÉ™kdaşı Ceyms Erdman bildirib ki, o, Qabbardın yaratdığı “Director's Initiative Group” (DIG) adlı işçi qrupunda bir il fÉ™aliyyÉ™t göstÉ™rib. Qrup sÉ™s-küylü iÅŸlÉ™rin araÅŸdırılması, sÉ™nÉ™dlÉ™rin açıqlanması vÉ™ administrasiyanın siyasÉ™tinÉ™ qarşı mümkün sabotaj cÉ™hdlÉ™rinin müəyyÉ™nləşdirilmÉ™si ilÉ™ məşğul olub.

Erdmanın yazılı ifadəsində qeyd olunub ki, MKİ DIG qrupunun fəaliyyətinə qanuni nəzarətə mane olub və qrup üzvlərinə qarşı əsassız araşdırmalar başladaraq təzyiq göstərib.

Onun sözlərinə görə, MKİ həm işçi qrupundan, həm də Tulsi Qabbarddan sənəd və məlumatları gizlədib, onlara çıxışı məhdudlaşdırıb.

Bundan əlavə, Erdman bildirib ki, MKİ DIG üzvlərinin kommunikasiyalarını və kompüter fəaliyyətini izləyib.

Chosen
33
4
moderator.az

5Sources