EN

“Müsəlmanlar Moskvanı ələ keçirməyə hazırdır” bəyanatından sonra şok həbslər

FTX Müsəlmanların Ruhani İdarəsinin rəhbərinə yaxın şəxslərin saxlanılmasına tutarlı izahat vermir, dini liderlərin həbslər bütün ölkə boyu aparılır

Rusiya Müsəlmanlarının Ruhani İdarəsi ilə əlaqəli olan ruhani liderlərinə qarşı həbs dalğası davam edir.

Musavat.com “The Moskow Times”ə istinadən xəbər verir ki, bu qurum ölkənin ən böyük islam dini strukturlarından biri hesab olunur. Saxlanılanların idarənin rəhbəri müfti Ravil Qaynutdinin yaxın adamları olduğu deyilir.Son saxlanılan şəxslər “Şimal-Qərb Müsəlman İcması” təşkilatının sədri Məhəmməd Henni və inquş ilahiyyatçısı Əhməd Tangiev olub.

Picture

Məlumata görə, hər iki şəxs Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) əməkdaşlarının iştirakı ilə saxlanılıb. Henni barəsində aparılan istintaqın federal nəzarətə götürüldüyü bildirilsə də, ona qarşı irəli sürülən rəsmi ittihamlar açıqlanmır. Tangiev isə İnquşetiyada saxlanıldıqdan sonra Sankt-Peterburqa aparılıb. Yaxınlarının sözlərinə görə, “FSB”-nin regional idarəsinin binasında saxlanılır. İstintaqın mahiyyəti barədə onunda ailəsinə heç bir məlumat verilmir.

Daha əvvəleyni dalğa çərçivəsində Mordoviya müftisi Rail Asainovun, Kareliyanın keçmiş müftisi Visam Ali Bardvilin, eləcə də Saratov vilayəti müftisinin müşavirinin saxlanıldığı bildirilirdi. Rusiya KİV-lər qeyd edir ki, saxlanılanların əksəriyyəti bu və ya digər şəkildə Rusiya Ruhani İdarəsi ilə əlaqəlidir. Hakimiyyətə yaxın bloqerlərin iddiasına görə, bəzi fiqurantların Rusiyada qadağan olunmuş “Müsəlman Qardaşları” təşkilatı və xarici strukturlarla mümkün əlaqələri araşdırılır. Lakin bu iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Rusiya Müsəlmanları Ruhani İdarəsinin rəhbəri müfti Ravil Qaynutdin bu struktura təsis ediləndən bəri-1994-cü ildən rəhbərlik edir. O, Vladimir Putinin qatıldığı rəsmi tədbirlər də daxil olmaqla, müsəlmanları müntəzəm olaraq təmsil edir. 2025-ci ilin noyabr ayında prezident onu “Rəşadətli Əməyə görə" ordeni ilə təltif edib.

Picture

“The Moskow Times” yazır ki, təşkilatın hakimiyyət orqanları ilə münasibətləri son illərdə gərginləşib. 2024-cü ildə Baş Prokurorluq çoxarvadlılıqla bağlı fətvası ilə bağlı Müsəlmanların Ruhani İdarəsinə etiraz göndərib və 2025-ci ildə Moskva Şəhər Məhkəməsi İdarənin rəis müavini Damir Muxetdinovun redaktorluğu ilə hazırlanmış “Şimali Qafqazda İslam” ensiklopediyasını “Şimali Qafqazın vəhhabiləri” və “Çeçenistanda İslamın tarixi” məqalələrinə görə qadağan edib. 

Picture

Həbslər gerçək səbəbinə gəlincə, iddia olunur ki, dindarların saxlanılması Çeçenistanın mühacirətdə olan keçmiş baş nazirinin müavini Ruslan Kutayevin senasion bəyanatındamn sonra başlayıb. O deyib ki, Moskvada yaşayan müsəlmanların lazımi anda hakimiyyəti ələ keçirməyə hazırdırlar. “Rusiyada hərəkətə keçmək lazım olduqda, lazımi anda hərəkətə keçəcəyik... Arxamızda nə var? Lazım gələrsə, başı qoparacaq, kəlləni partladacaq və ya barrikadalara çıxacaq insanlar... Biz orada bizə uyğun bir hökumət quracağıq”, - deyə o, ötən ay verdiyi bəyanatda bildirib. Kutayev Rusiyanın “xaos içində” olduğunu, heç kimin “hakimiyyətə etibar etmədiyini” və "hamı Putinin məğlub olduğunu bildiyini" iddia edib.

Ruslan Kutayev haqda da oxuculara yaxın saatlarda geniş məlumat verəcəyik.

Musavat.com

Chosen
17
2
musavat.com

3Sources