EN

Yeni hörümçək növü aşkarlanıb

Hindistanın Himalay bölgəsində alimlər yeni “gülərüz hörümçək” növü aşkar ediblər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, elmi adı Theridion himalayana olan növ qarın hissəsində insan gülüşünü xatırladan rəngli naxışlarla diqqət çəkir.

Alimlərin sözlərinə görə, “gülərüz hörümçəklər”in əvvəllər yalnız Havay adalarında yaşadığı düşünülürdü. Ən məşhur növ olan Theridion grallator uzun illər dünyada yeganə belə hörümçək hesab olunub. Himalaylarda tapılan yeni növ isə bu fikri dəyişib.

Aparılan DNT analizləri yeni növün Havaydakı analoji növdən təxminən 8,5 faiz genetik fərqləndiyini göstərib. Bu səbəbdən alimlər onu ayrıca növ kimi təsnif ediblər.

Araşdırma zamanı hörümçəyin 32 fərqli rəng və naxış variasiyası da müəyyən olunub. Bəzi nümunələrin üzərindəki qırmızı və ağ işarələr insan sifətindəki təbəssümü xatırladır.

Chosen
21
azedu.az

1Sources