EN

Gündəlik, aylıq və illik biletlər: Avtobus və metroda yeni ödəniş sistemi VİDEO

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda ictimai nəqliyyatda gediş-dönüş sistemində inqilabi yeniliklər gözlənilir. Yaxın gələcəkdə sərnişinlər üçün gündəlik, aylıq və illik bilet paketləri istifadəyə veriləcək, həmçinin 90 dəqiqə ərzində bir nəqliyyat vasitəsindən digərinə pulsuz keçid təmin ediləcək.Demokrat.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov məlumat verib.Millət vəkilinin sözlərinə görə, 2026-2028-ci illərdə brutto-müqavilə modelinə keçidlə bağlı ictimai nəqliyyatda bir sıra mühüm islahatlar reallaşdırılacaq. Vahid bilet sisteminin tətbiqi vətəndaşların ictimai nəqliyyatdan daha qənaətli və büdcələrinə uyğun şəkildə istifadə etməsinə imkan yaradacaq.Azər Badamov onu da bildirib ki, brutto-müqavilə modelinin hazırlanması gediş haqlarının yığılması, daşıyıcı şirkətlərin xidmət haqlarının ödənilməsi, eləcə də onların xərc və gəlirlərinin əsaslandırılması üçün tam şəffaf mexanizm formalaşdıracaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
demokrat.az

1Sources