EN

Kiçik Donald Tramp və Bettina Anderson rəsmi olaraq nikaha daxil olublar

Cütlük Florida ştatında nikah qeydiyyatını rəsmiləşdirib...

Poliqon xəbər verir ki, kiçik Donald Tramp və Bettina Anderson artıq qanuni ər-arvad sayılır. Page Six nəşri tərəfindən əldə edilən sənədlərə görə, nikah şəhadətnaməsi cümə axşamı Florida ştatının Palm-Biç şəhərində baş tututb.

Sənədlərə əsasən, mərasimi Tramp ailəsinin daşınmaz əmlak üzrə vəkili Brad Makferson rəsmiləşdirib.

Bu həftənin əvvəlində Page Six eksklüziv məlumat yayaraq bildirmişdi ki, 39 yaşlı Bettina Anderson ilə 48 yaşlı Don Kiçikin Xatirə Günü həftəsonu Bahamalardakı xüsusi adada intim toy mərasimi keçirməsi gözlənilir.

Prezident Donald Trampın kiçik mərasimə qatılıb-qatılmayacağı hələlik məlum deyil. O, cümə axşamı jurnalistlərə İrandakı müharibə ilə bağlı vəziyyətə görə bunun "ən uyğun vaxt olmadığını" söyləyib, bununla belə, "cəhd edəcəyini" də vurğulayıb.

Poliqon.info

Chosen
32
poliqon.info

1Sources