EN

Rusiyadan daha bir qadaÄŸa

Rospotrebnadzor Rusiyada "Cermuk" mineral suyunun tədarükünü və satışını dayandırıb.


News365.az xəbər verir ki, qadağa 22 may tarixindən qüvvəyə minib və mineral suyun bütün partiyalarına şamil olunur.

Məlumata görə, suda həddindən artıq miqdarda bikarbonat (an ionu), xloridlər və sulfatlar aşkar edilib. Rospotrebnadzorun məlumatına görə, məhsulun müalicəvi xüsusiyyətləri barədə yanlış məlumatlar səmərəsiz müalicəyə və sağlamlığın pisləşməsinə səbəb ola bilər.

Agentlik artıq aprel ayında mineral suyun satışına və tədarükünə məhdudiyyətlər qoymuşdu, lakin bunlar yalnız müəyyən istehsal tarixləri olan partiyalara aid edilmişdi.
Chosen
18
news365.az

1Sources