EN

"Əsgərliyə getməyənlər dövlət tədbirində vətənpərvərlikdən oxuyurlar"

“Araşdırın, görün, dövlət tədbirlərində oxuyanların hansı əsgərlikdə olub? Boş-boş oxuyursunuz “Vətən, ölərəm”. Vaxtında 6 ay əsgərlik çəkməyən adamsan, sən Vətən üçün ölənsən? Bizdə özünü olmayan şey kimi göstərmək çoxdur”.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov sosial şəbəkədə canlı yayımda deyib. Sənətçi bir çox həmkarının əsgərliyə getməməsindən danışıb. O bildirib ki, vətənpərvər mövzuda mahnı oxuyanların əksəriyyəti əsgərliyə getməyib:

“Kimdə nə yoxdursa, ondan danışır. 1 il 6 ay əsgərlikdə olmuşam. Nə olsun? Gedib vətənin keşiyini çəkənlər qalıb kənarda, əsgərliyə getməyənlərin hamısı dövlət tədbirlərindədir. 1999-cu ildən 2001-ci ilə kimi əsgərlikdə olmuşam. Təzə gedən vaxtı məni o qədər döymüşdülər ki… Əməliyyatdan çıxıb əsgər getmişdim, necə döydülərsə, xəstəxanalıq oldum. İndi elə şeylər yoxdur, o vaxtlar var idi”.

"Cebheinfo.az"

Chosen
13
2
cebheinfo.az

3Sources