EN

Rusiya Ermənistan istehsalı olan şərab və konyakların satışına qadağa qoyub

Rusiya Ermənistan istehsalı olan bir sıra şərab və konyakların satışına qadağa qoyub

"Rospotrebnadzor" Ermənistandan idxal olunan keyfiyyətsiz spirtli içkilər aşkar edib.

Bizim.Media Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Rusiyada "Vedi-Alko", "Abovyan konyak zavodu" və "Şahnazaryan Şərab-konyak evi" istehsalçılarının şərab və konyak satışı dayandırılıb.
 

Qadağan olunan məhsullar arasında "Getap Vernaşen" (11 % spirt, 0,75 l); "Vedi Alko" Xarci, "Arni əfsanələri" (12 % spirt, 0,75 l); "Erməni konyakı 5 ulduz" (40 % spirt, 0,5 l); "Şahnazaryan XO" (40 % spirt, 0,5 l) içkiləri də var.


"Rospotrebnadzor"da bu məhsulların məcburi tələblərə uyğun olmadığı müəyyən edilib.

Bizim.Media

Chosen
23
6
bizim.media

8Sources