EN

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Keçirilən yarışda Gəncə Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.

Chosen
11
1
publika.az

9Sources