ABŞ Prezidenti Donald Tramp Danimarkanın bir hissəsi olan Qrenlandiya adası ilə bağlı yeni paylaşım edib.
Ölkə.az xəbər verir ki, Tramp bu paylaşımı “TruthSocial” sosial şəbəkəsində edib.
Xüsusilə, o, montaj şəklini dərc edib. Şəkildə Tramp Qrenlandiya mənzərəsinin fonunda dayanır, bir əli ilə dağdan tutur.
Şəkildə "Salam, Qrenlandiya!" deyilir.
Qeyd edək ki, Tramp əvvəllər də dəfələrlə Qrenlandiyanı nəzarətə götürmək niyyətini ifadə edib və onun belə açıqlamaları nəinki, ada və Danimarkada, eyni zamanda Avropa Birliyində ciddi etiraza və qəzəbə səbəb olub.
Lakin bu yaxınlarda ABŞ-ın Danimarkadakı səfiri Kennet Houeri bildirib ki, artıq Qrenlandiyaya qarşı güc tətbiq etmək imkanını nəzərdən keçirmir.
Onun sözlərinə görə, adanın gələcəyini qrenlandiyalılar özləri müəyyən etməlidir.
Mürtəza