Bu ilin yanvar-aprel aylarında Azərbaycana qəhvə və çay idxalı 31,1 milyon dollar dəyərində olub.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb Hesabat dövründə ölkənin bu məhsulların idxalına çəkdiyi xərc illik müqayisədə 17,1% azdır.
Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycana 37,6 milyon dollarlıq qəhvə və çay idxal olunub.