EN

Tramp administrasiyası İran ssenarilərini masaya yatırdı

ABŞ prezidenti Donald Trampın İranla davam edən danışıqları və danışıqların pozulması halında mümkün ssenariləri yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri ilə müzakirə etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, Amerika xəbər platforması Axios-a danışan iki ABŞ rəsmisinin sözlərinə görə, Tramp İranla gərginliklə bağlı yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri ilə görüş keçirib.

İranla danışıqların hazırkı vəziyyəti və danışıqların uğursuzluğa düçar olacağı təqdirdə mümkün ssenarilərin müzakirə olunduğu görüşdə ABŞ-ın vitse-prezidenti Vens, müdafiə naziri Pete Hegseth, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Ratcliffe və Trampın qərargah rəisi Susie Viles iştirak ediblər.

Rəsmilər İranla danışıqlarda irəliləyiş əldə edilməsə, Trampın İrana qarşı yeni hücumlar başlatmağı düşünəcəyini bildiriblər.

Diplomatik proseslə tanış olan bir rəsmi İranla danışıqları "ağrılı" adlandırdı və potensial razılaşma layihəsinin tərəflər arasında hər gün irəli-geri ötürüldüyünü, lakin heç bir əhəmiyyətli irəliləyiş əldə edilmədiyini qeyd etdi.

Aytən Yaşar/ Turkustan.az

Chosen
64
turkustan.az

1Sources