EN

“İmişli” birinci liqanın ən məhsuldar futbolçunu aldı

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

MOİK-in fubolçusu Seyxan Fərəcov karyerasını “İmişli”də davam etdirəcək.Bu barədə “Football-plus.az”a Seyxan özü məlumat verib. O, açıqlamasında “pələnglər”lə ikiillik müqaviləyə qol çəkdiyini dilə gətirib.Xatırladaq ki, Seyxan hələ bu ilin yanvarında Aran təmsilçisindən təklif almışdı. Hücumçu o vaxt klubunu dəyişmək arzusunda olsa da, “hərbçilər” ona ehtiyac duyduqlarını söyləmiş, müddəti mövsümün sonunda başa çatacaq müqaviləyə xitam verməmişdi.Seyxanın MOİK-dən əvvəlki klubunun da “İmişli” olduğunu bildirək. Bununla belə, “Şəfa”dan da təklif alan oyunçu əslən olduğu bölgənin təmsilçisinin şərəfini qorumağa üstünlük verib. Xatırladaq ki, Seyxan 1-ci liqada 2025/26 mövsümünün bombardiridi. O, bu uğura 18 qolla imza atıb.Futbolçunun “İmişli” ilə müqaviləsi iyunun 1-dən qüvvəyə minəcək.KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
icma.az

2Sources