EN

“Green card” qaydaları dəyişdirildi

ABŞ-də öz immiqrasiya statusunu dəyişərək “Green Card” almaq istəyən əcnəbilər bunu artıq ölkə xaricində, ABŞ Dövlət Departamenti vasitəsilə həyata keçirməli olacaqlar.

Ölkə.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin iş qeydlərinə istinadən “Reuters” agentliyi yayıb. 

“ABŞ-də müvəqqəti olan və “Green Card” almaq istəyən əcnəbi müraciət etmək üçün öz ölkəsinə qayıtmalıdır”, - deyə məlumatda vurğulanıb.

Bununla belə, yeni qaydaların tam tətbiq mexanizmi, eləcə də hansı kateqoriyaların istisna olacağı qeyd olunmayıb.

Chosen
43
4
olke.az

5Sources