EN

Paşinyan: Xalq desə ki, Nikol qalsın, qalacaq

BAKI, 23 may. TELEQRAF

“Biz seçki məntəqələrinə gedib 16 nömrəli namizədə səs verərək sülhü müdafiə etməliyik. Bu səs məcbur edilə və ya pulla verilə bilməz. Biz səs verərik, dövləti, sülhü və Ermənistanın gələcəyini müdafiə etməliyik”.

Teleqraf xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan seçki öncəsi seçicilərlə görüşü zamanı deyib.

Paşinyan çıxışında qeyd edib ki, bu gün Ermənistanda bütün hallarda qərarı xalq verir.

“Bu, bugünkü Ermənistanın və mənim, eləcə də komandamızın siyasi fəaliyyətinin əsasını təşkil edir. Xalq mənim getməyim barədə qərar verdiyi an, müzakirə etmədən çıxacağam. Əgər 700 min nəfər, seçicilərin 50+1 faizi desə ki, Nikol qalsın, Nikol qalacaq. Əgər insanlar desə ki, Nikol getsin, Nikol kimdir ki, getməsin, Nikol xidmətçidir. Ola bilərmi ki, xidmətçi desin ki, yox, mən getməyəcəyəm”, - deyə Paşinyan bildirib.

Chosen
48
1
teleqraf.com

10Sources