EN

Su sayğacları ilə bağlı yenilik - Bu formada olacaq

“Su infrastrukturu üzrə icra etdiyimiz layihələrin hamısında SCADA həllərinin tətbiqi nəzərdə tutulur”.

Turkustan.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

O qeyd edib ki, bu prosesin son mərhələlərindən biri də sayğac sistemlərinin tam elektronlaşdırılmasıdır:

“Hazırda əsasən mexaniki və smart tipli sayğaclardan istifadə olunur. Mövcud sayğacların əksəriyyətinin istismar müddəti başa çatıb. Texniki pasportlara əsasən onların istifadə müddəti təxminən 10 il nəzərdə tutulsa da, hazırda 12-15 il istifadə olunan sayğaclar mövcuddur. Smart sayğaclar müəyyən qədər “ağıllı idarəetmə” imkanı yaratsa da, biz artıq uzaqdan oxunan və idarə olunan yeni nəsil sayğaclara keçid edirik.

Bu sayğaclar xüsusi texniki tələblərimiz əsasında istehsal olunub, informasiya sistemləri ilə inteqrasiyası tamamlanıb və hazırda test mərhələsindədir.

Ümumilikdə məqsəd su mənbəyindən son istehlakçıya qədər bütün su təchizatı sisteminin tam avtomatlaşdırılmasıdır. Bu sistem vasitəsilə təzyiqin idarə olunması, qəzalara operativ müdaxilə, itkilərin azaldılması və şəbəkənin daha səmərəli idarə edilməsi mümkün olacaq”.

Chosen
21
6
turkustan.az

5Sources