EN

Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan millisi mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.

Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda oynanılacaq hər iki görüşün Bakı vaxtı ilə saat 22:00-da başlanması planlaşdırılır.

Milliyə dəvət edilən futbolçuların adlarını nəzərinizə çatdırırıq:

Qapıçılar: Rza Cəfərov ("Qəbələ"), Şahrudin Məhəmmədəliyev ("Qarabağ"), Emil Balayev ("Neftçi")

Müdafiəçilər: Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı "Qarabağ"), Cəlal Hüseynov ("Arda", Bolqarıstan), Anton Krivotsyuk ("Daejon Hana", Cənubi Koreya), Rahil Məmmədov ("Araz-Naxçıvan"), Elvin Bədəlov ("Neftçi"), Rəhman Daşdəmirov, Tellur Mütəllimov ("Sabah"), Qismət Alıyev ("Zirə"), Rüfət Abbasov ("Şamaxı")

Yarımmüdafiəçilər: Emin Mahmudov, Emil Səfərov (ikisi də "Neftçi"), Səbuhi Abdullazadə, Rüstəm Əhmədzadə (hər ikisi "Sumqayıt"), Rəhim Sadıxov, Ayxan Hüseynov (hər ikisi "Turan Tovuz"), Abdulla Xaybullayev, Aleksey İsayev, Xəyal Əliyev (hamısı "Sabah"), Vüsal İsgəndərli ("Partizani", Albaniya)

Hücumçular: Nəriman Axundzadə ("Kolumbus Kryu", ABŞ), Mahir Emreli ("Kayzerslautern", Almaniya), Renat Dadaşov ("Motor", Polşa)

Bizim.Media

Chosen
16
16
bizim.media

10Sources