EN

ABŞ nin ən sirli adamlarından biri, sərt xətt tərəfdarı Aaron Lukas kimdir?

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Tulsi Gabbardın istefasından sonra ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsini Aaron Lukasın icra edəcəyi açıqlanıb.

Turkustan.az 2025-ci ilin iyulundan ABŞ Milli Kəşfiyyatının birinci müavini vəzifəsini daşıyan Aaron Lukas barədə məlumatı təqdim edir:

Aaron Lukas hazırda ABŞ-də ən çox diqqət çəkən təhlükəsizlik və kəşfiyyat fiqurlarından biridir. 1971-ci ildə ABŞ-də, Nyu-Cersi ştatının Toms River şəhərində anadan olan Lukasın yəhudi mənşəli olduğu bildirilir.

Texas Universitetində siyasi elmlər üzrə bakalavr təhsili alıb. Daha sonra Corc Vaşinqton Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi əldə edib. A.Lukasın iş karyerası və fəaliyyəti başdan-başa CIA-ya bağlıdır və gizli əməliyyatlardan ibarətdir. O, 20 ildən artıq müddətdə ABŞ kəşfiyyat sistemində çalışıb. Əsas fəaliyyəti Mərkəzi Kəşfiyyat Agentliyində analitik və əməliyyat zabiti kimi xidmət keçmək olan Lukas müxtəlif regionlarda gizli əməliyyatların idarə olunması, xarici ölkələrdə ABŞ Milli Kəşfiyyat İdarəsinin nümayəndəsi, beynəlxalq əlaqələndirmə və xarici kəşfiyyat tərəfdaşları ilə işə rəhbərlik edib.

ABŞ Milli Kəşfiyyat İdarəsinin rəsmi bioqrafiyasında onun ən yüksək CIA əməliyyat hazırlığı sertifikatlarına malik olduğu və bir sıra məxfi proqramları idarə etdiyi vurğulanır.

A.Lukas Tramp administrasiyasında tanınmış və etibarlı fiqurlardan biri kimi tanınır. Trampın birinci hakimiyyəti dövründə o, Milli Təhlükəsizlik Şurasında Avropa və Rusiya üzrə direktor, sonradan baş direktor səviyyəsində koordinator vəzifələrini tutub. Eyni zamanda Milli Kəşfiyyat Direktoru Ofisinin aparat rəhbəri kimi fəaliyyət göstərib. Bu dövrdə o, xüsusilə, Rusiya siyasəti, NATO və Avropa təhlükəsizliyi, Ukrayna və Şərqi Avropa məsələləri, ABŞ kəşfiyyat strukturunun yenidən təşkili məsələləri üzrə istiqamətverici mövqeyə sahib kadrlardan olub.

Lukas Vaşinqtonda Tramp xəttinə yaxın təhlükəsizlik funksioneri kimi xarakterizə olunur. Siyasi baxışları onu Tramp komandasındakı sərt xətt tərəfdarlarından biri kimi tanıdıb.

Onun haqqında peşəkar əmıliyyatçı, CİA daxilindən çıxmış sərt təhlükəsizlik fiquru və Trampın adamı imici formalaşıb. Trampın ideoloji xəttinə həddindən artıq yaxın adam hesab edilir.

Aaron Lukasın ABŞ-dəki erməni diasporu ilə əlaqələri barədə indiyə qədər heç bir informasiyaya rast gəlinməyib./Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
2
icma.az

3Sources