ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi "TASS" agentliyinə verdiyi məlumatda, Ukrayna ordusunun Starobelskdəki bir kollecə təşkil etdiyi hücumda ölənlərin sayının 12 nəfərə çatdığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, nazirliyinin rəsmisi qeyd edib ki, hücum zamanı ümumilikdə 48 nəfər zərər çəkib, onlardan 12-si həyatını itirib.
Bildirilir ki, daha 9 nəfər dağıntılar altında qalıb.
Xatırladaq ki, Ukrayna ordusu mayın 22-si səhər erkən saatlarda Starobelsk şəhərindəki Luqansk Pedaqoji Universitetinin Peşə Kollecinin tədris korpusuna və yataqxanasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Hücum zamanı binada 14-18 yaşlarında 86 tələbə olub.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.