EN

Ukrayna ordusu Rusiyanın hərbi müəssisəsinə zərbə endirdi

Ukrayna ordusu sərhəddən 1700 km uzaqlıqdakı Rusiyanın hərbi sənaye müəssisəsinə zərbə endirib.

Aznews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

Ukrayna lideri Rusiya ərazisinin dərinliyində - Perm bölgəsində “Metafrax Chemicals” müəssisəsinə zərbə endirildiyini təsdiqləyib.

Zelenski qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) həyata keçirdiyi əməliyyat ölkə sərhədindən təxminən 1700 kilometr uzaqlıqda baş verib və bu, Rusiyanın hərbi sənaye kompleksinə qarşı “uzunmənzilli sanksiya” xarakteri daşıyır.

Chosen
12
5
aznews.az

8Sources