EN

Fransada millinin oyunlarını kinoteatrlarda pulsuz göstərmək istəyirlər

ain.az bildirir, Idman.biz portalına istinadən.

Fransada futbol üzrə milli komandanın oyunlarının kinoteatrlarda pulsuz yayımlanması ideyası gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, təşəbbüsün müəllifi yerli futbol federasiyasının prezidentidir.

O bildirib ki, DÇ-2026 oyunlarına biletlərin həddindən artıq baha olması səbəbindən azarkeşlər üçün alternativ variant hazırlanır.

Federasiya rəhbərinin sözlərinə görə, “futbol və turnir bütün azarkeşlər üçün əlçatan qalmalıdır”.

Hazırda bir neçə kinoteatr şəbəkəsi ilə danışıqlar aparılır.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
38
icma.az

1Sources