EN

Səlim Müslümovun 370 kvadratmetrlik mənzili dördüncü dəfə hərraca çıxarılır

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş mənzillərindən biri yenidən hərraca çıxarılır.

Publika.az xəbər verir ki, mənzil İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 16-da keçiriləcək hərracda satışa təqdim olunacaq.

Hərrac elanına əsasən, söhbət Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən daşınmaz əmlakdan gedir.

Sahəsi 370.4 kvadratmetr olan mənzilin start qiyməti 694 687.5 manat, beh məbləği isə 69 468.8 manat müəyyən edilib.

Chosen
12
16
publika.az

10Sources