EN

Dabanımız niyə çatlayır? - Bunu edərək qarşısını ala bilərik

Dəri quruluğu və daban çatları, xüsusilə mövsüm keçidlərində bir çox insanın ən böyük qulluq problemlərindən birinə çevrilir.

Nəmini itirən dəri zamanla sərtləşir, dabanlarda yaranan çatlar isə həm ağrıya, həm də estetik narahatlığa səbəb olur.

Bəs daban çatlarının qarşısını almaq üçün nə etmək lazımdır?

"Cebheinfo.az" xəbər verir ki, təbiətin bizə bəxş etdiyi "möcüzəvi bitki" olaraq tanınan aloe vera tərkibindəki vitamin və minerallar sayəsində dərini dərin qatlara qədər qidalandırır.

Xüsusilə quru dərilər üzərində yaratdığı güclü nəmləndirici təsiri ilə seçilən bu bitki, müntəzəm istifadə olunduqda daban çatlarının görünüşünün azalmasına kömək edə bilər.

Aloe vera gelinin ən mühüm xüsusiyyətlərindən biri dərini qısa zamanda sakitləşdirməsidir. Qurumuş və gərilmiş nahiyələrdə sərinləşdirici təsir yaradan bu təbii vasitə dərinin daha yumşaq və canlı görünməsinə dəstək verir. Xüsusilə duşdan sonra tətbiq edildikdə, nəmin dəridə saxlanmasına kömək edir.

Daban çatları üçün aloe vera istifadəsi olduqca sadə və praktik üsul hesab olunur. Gecə yatmazdan əvvəl təmizlənmiş dabanlara aloe vera geli çəkilib pambıq corab geyinildikdə, dərinin gecə boyu intensiv şəkildə nəmlənməsi təmin oluna bilər. Müntəzəm istifadənin sərtləşmiş dərinin yumşalmasına və çatların görünüşünün azalmasına kömək etdiyi bildirilir.

Aloe vera tərkibindəki antioksidantlar sayəsində dəri yenilənməsini də dəstəkləyə bilər. Quruluqdan yaranan qabıqlanma və qıcıqlanma əlamətlərinin azalmasına yardım edən bu bitki, həssas dərilər üçün də tez-tez üstünlük verilən təbii qulluq vasitələri sırasındadır.

Mütəxəssislər aloe vera istifadə edilərkən təbii və əlavə qatqılardan uzaq məhsulların seçilməsini tövsiyə edirlər. Həmçinin ilk istifadədən əvvəl kiçik bir dəri nahiyəsində sınaq aparılması mümkün həssaslıq risklərinin qarşısını almaq baxımından vacib sayılır.

Düzgün və müntəzəm qulluqla aloe vera quru dərilər üçün ən təsirli təbii dəstək vasitələrindən biri kimi ön plana çıxır.

Qeyd dək ki, aloe vera dərinin nəmlənməsinə və rahatlamasına kömək edə bilər, lakin dərin və ağrılı daban çatlarında dermatoloq məsləhəti almaq tövsiyə olunur.

Chosen
1
1
cebheinfo.az

2Sources