EN

Əvvəlcə Qurbanov, sonra Yakiroviç

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Zaqreb, Xorvatiya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Futbolpress.az xəbər verir ki, “atlılar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 27-si saat 17:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 18:00-da media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın açıq məşqi saat 19:45-də, baş məşqçi Sergey Yakiroviçin mətbuat konfransı isə 19:15-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Qeyd edək ki, avqustun 28-də keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
futbolpress.az

1Sources