EN

Türkiyədə bələdiyyə sədri güllələnib - VİDEO

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunun bələdiyyə sədri Alim Karacaya silahlı hücuma məruz qalıb.

Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, hadisı nəticəsində ayağından yaralanan bələdiyyə başçısı xəstəxanaya aparılıb.

Əldə edilən məlumata görə, maska ​​taxan təcavüzkar Karacanın evinin yerləşdiyi əraziyə gələrək ona silahla atəş açıb.

Hücumdan sonra şübhəlinin hadisə yerindən qaçdığı və qaçış zamanı tikinti sahəsində görüldüyü iddia edilir.

Xəsarət alaraq xəstəxanaya aparılan Alim Karacanın sağlamlıq vəziyyəti ilə bağlı Fethiyə Rayon Valisi Fatih Akkaya açıqlama verib.

"Bələdiyyə başçımızın səhhəti çox yaxşıdır. O, həkimlərimizdən lazımi müalicəni alır. Cinayətkar(lar)ı tutmaq üçün səylərimiz davam edir”.


Bizim.Media

Chosen
29
3
bizim.media

10Sources