Artıq bir neçə gündür ki, qərb bölgəsində davam edən yağışlı hava şəraiti bu gün artıq dolu ilə əvəz olunub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayonuna bu gün saat 13:00-dan başlayaraq leysan yağışlar yağmağa başlayıb.
13:20-dən etibarən rayonun Xoşbulaq kəndinə 20 dəqiqə ərzində dolu yağıb.
Güclü yağış rayonun dağlıq kəndlərində avtomobillərin və sakinlərin hərəkətində çətinliklər yaradıb.
Hazırda yağıntılı hava şəraiti davam edir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu