EN

“Əlvida deyirəm ayrılıqlara” Sabir Abdinin poeziya dolu təqdimat mərasimi

ain.az bildirir, Bakupost portalına istinadən.

Tanınmış şair Sabir Abdin oxucularını yeni kitabı — “Əlvida deyirəm ayrılıqlara” ilə salamladı. Şairin “Demə, mənə, heç nə demə”, “Qınamasın bu yurd məni”, “Mənə dəniz verin”, “Sənə məktublarım”, “Sizsiz, sizinlə” və “Adını sən seç” kitablarından sonra işıq üzü görən yeni əsəri poeziyasevərlərin böyük marağına səbəb olub.

Bakupost.az xəbər verir ki, kitabın təqdimat mərasimi ədəbi və mənəvi atmosferi ilə yadda qaldı. Tədbirdə ölkənin bir çox tanınmış şairləri, hüquqşünasları və ziyalıları iştirak edib. Gecənin diqqət çəkən qonaqlarından biri də aktyor İlqar Cahangir olub.

“Əlvida deyirəm ayrılıqlara” kitabında Sabir Abdinin poeziyası işığa, ümidə və sevgiyə açılan qapılar kimi təqdim olunur. Şairin xatirələrdən, nisgildən və həyatın ağrılarından süzülən misraları insan ruhunun dərin qatlarına toxunur. Şeirlərindəki müqəddəs kədər, ayrılıq ağrısı və bəşəri hisslər oxucunu düşündürən yaralı elegiyaya çevrilir.

Təqdimat zamanı dəyərli şairlər Sabir Abdin yaradıcılığı haqqında çıxışlar edib, onun şeirlərindən nümunələr səsləndiriblər. Şairin sözlərinə yazılmış yüzdən artıq mahnının yaratdığı duyğu dünyası da tədbirdə xüsusi vurğulanıb.

Ay işığına bələnmiş qürub rənglərini xatırladan bu kitab poeziya sevənlərə duyğularla dolu, unudulmaz anlar yaşadacaq.

Röya Rizvanzadə,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
www.bakupost.az

1Sources