EN

Yuri Vernidub: “Bu gün atdasan, sabah atdan düşə bilərsən”

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Nə istəyirdiksə, ona nail olduq. Mövsümü başa vurduğumuz mövqe bizə Konfrans Liqasında oynamaq hüququ verir”.

İdman.Biz bildirir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının son turunda “Kəpəz”lə oyundan sonra deyib.

Matç 1:0 hesabı ilə “Neftçi”nin qələbəsi ilə bitib.

“Bir çox oyunçunun klubla müqaviləsi başa çatır. Daha əvvəl də demişdim ki, futbolçularla bu barədə söhbərlər mövsüm bitdikdən sonra olacaq. Yüz faiz onu deyə bilərəm ki, heyətin güclənməsinə ehtiyac var. Bu işlə məşğul olacağıq. Klubun sahibləri var. Onlar mənə suallar verəcəklər, mən də onların suallarına cavab verəcəyəm. Həm Konfrans Liqasında, həm Premyer Liqada yaxşı nəticələr əldə etmək üçün mütləq komandanı gücləndirməliyik. Sabahdan etibarən kimlərin qalacağına, kimlərin gedəcəyinə qərar verəcəyik”, - Vernidub bildirib.

Baş məşqçi gələcək karyerası ilə bağlı da danışıb:

“Ən azı 1 ilim var. Bu müddət ərzində əlimdən gələni edəcəyəm. Məşqçi işi çətindir. Bu gün atın üstündəsən, sabah atdan düşə bilərsən. Əgər bir təklif (müqavilənin uzadılması ilə bağlı – red.) olarsa, əlbəttəki, düşünərəm. Həm Azərbaycanı, həm buradakı insanları çox sevirəm. Burada olmaqdan məmnunam.

Təkliflər (xaricdən – red.) olarsa, baxmaq olar. Onu da deyim ki, “Neftçi” kimi böyük kluba gəlmişəm. Burada şərtlər əladır. Bircə qalır işləmək”.

“Neftçi” 59 xalla çempionatı 4-cü yerdə bitirib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
icma.az

1Sources