EN

Tramp Körfəz liderləri ilə konfrans keçirəcək – Masada İrandır

ABŞ Prezidenti Donald Tramp mayın 24-ü günortadan sonra Fars körfəzi ölkələrinin və digər dövlətlərin liderləri ilə telefon konfransı keçirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə “CBS News” telekanalı üç mənbəyə istinadən məlumat yayıb.

Vəziyyətlə tanış olan amerikalı rəsmilərin sözlərinə görə, telefon danışığı İranla aparılan danışıqlara həsr olunacaq.

Daha əvvəl “CBS News” bildirmişdi ki, Tramp daxil olan təklifləri nəzərdən keçirir və hələlik qəti qərar qəbul etməyib.

Bizim.Media

Chosen
160
21
bizim.media

10Sources