EN

ABŞ–İran sazişi İsraildə siyasi zəlzələ effekti verdi – Netanyahudan təcili iclas

ABŞ və İran arasında yaxın saatlarda razılaşmanın elan olunacağı bildirilir.

Musavat.com xəbər verir ki, Əl Ərəbiyənin yaydığı məlumata görə, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, ABŞ vitse-prezidenti Cey Di Vens, həmçinin Cared Kuşner və Stiv Uitkoff əsas məsələlər üzrə razılığa gəliblər.

Məlumata görə, tərəflər arasında aparılan danışıqlarda bir sıra kritik məqamlar üzrə anlaşma əldə olunub və yaxın saatlarda bunun rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Eyni zamanda, The Times of Israel nəşrinin məlumatına əsasən, İsrailin baş naziri Benjamin Netanyahu mümkün ABŞ–İran razılaşması ilə bağlı təcili müşavirə çağırıb.

Bildirilir ki, İsrail tərəfi razılaşmanın şərtlərini ölkə üçün son dərəcə əlverişsiz hesab edir. Təl-Əvivdə bu anlaşmanın İsrail üçün ciddi problem yarada biləcəyi düşünülür.

Musavat.com

Chosen
160
musavat.com

1Sources