ain.az, Bakivaxti saytına istinadən bildirir.
BMW elektrik krossoveri BMW iX1 üçün 17 və 18 düymlük təkər disklərinin çatışmazlığı səbəbindən müştərilərə avtomobilləri vaxtında təhvil verməkdə çətinlik yaşayır.
Bakıvaxtı.az "Carscoops"a istinadən xəbər verir ki, şirkət müştərilərə daha baha olan 19 düymlük disklərə keçməyi təklif edir.
Məlumata görə, 17 və 18 düymlük disklərin istehsalında iyun ayından etibarən qıtlıq yaranacağı gözlənilir. BMW-nin istehsal üzrə meneceri dilerlərə göndərdiyi məktubda may ayı üçün ehtiyatın kifayət etdiyini, lakin iyunda çatışmazlığın başlayacağını bildirib.
Problemin səbəbi hələ açıqlanmayıb. Şirkət təchizatçı ilə əlaqə saxlanıldığını və problemin həlli üçün vaxt lazım olduğunu qeyd edib.
Qeyd olunur ki, 19 düymlük disklərə keçid avtomobilin qiymətini ən azı 2 000 dollar artırır və daha yüksək yuvarlanma müqavimətinə görə yürüş məsafəsini də azaldır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.