EN

Tramp Ağ Evdəki Məxfi Xidmətə təşəkkür edib

ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki atışma hadisəsi zamanı peşəkar hərəkətlərinə görə Məxfi Xidmətə və hüquq-mühafizə orqanlarına təşəkkür edib. 

Ucnoqta.az xəbər verir ki, Trump Truth Social-da yazıb: "Ağ Evdəki atıcıya qarşı bu axşam görülən təcili və peşəkar tədbirlərə görə Məxfi Xidmətə və hüquq-mühafizə orqanlarına təşəkkür edirəm".

Amerika lideri əlavə edib ki, "atıcı Ağ Evin qapılarında Məxfi Xidmət agentləri ilə atışmada öldürülüb.

23 may axşamı Ağ Evin yaxınlığında bir kişi atəş açıb. Məxfi Xidmət əməkdaşları cavab atəşi açaraq onu ölümcül yaralayıblar. Ətrafda olan bir nəfər də yaralanıb.

Chosen
51
1
ucnoqta.az

2Sources