ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Müğənni Fuad Musayev sosial şəbəkə hesabında Bakıdan Tbilisiyə qatar biletlərinin qiyməti ilə Avropaya aviabiletlərin qiymətini müqayisə edib.
Axşam.az xəbər verir ki, müğənni eyni pula yaxın məbləğə Bakıdan Avropaya uçmaq mümkün olduğunu bildirib:
“80 manat verib 9 saat qatarla Tbilisiyə getməkdənsə, üstünə 10-15 AZN əlavə edin, təyyarə ilə Avropaya uçun. Macarıstanın "Wizz Air"i var olsun, bizimkilərdən çox bizi düşünür!”.
Qeyd edək ki, mayın 26-dan Bakı-Tbilisi istiqamətində qatar reysi açılır. Reysdə komfort tipli vaqonlarda 81, comfort+ tipli vaqonlarda 117 və lüks tipli vaqonlarda 180 AZN-dən başlanan qiymətlər müəyyən edilib. Qiymətə 23 kq-a qədər əl yükü daxildir. Açıqlanan qiymətlər sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.


Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.