ain.az bildirir, Bizim media portalına istinadən.
Son günlər sosial şəbəkələrdə və mediada "kişi kirayəsi" xidmətləri ilə gündəmə gələn Latviyada yaşayan gənc bir qadının paylaşımı böyük rezonans doğurub.Bizim.Media xəbər verir ki, o, bu ölkəyə səyahət etməyi planlaşdıran həm subay, həm də evli kişilərə müraciət edərək maraqlı bir xəbərdarlıq edib.Gənc qadın öz videosunda Latviyadakı demoqrafik vəziyyətə eyham vuraraq bu ifadələri işlədib:"Latviya təhlükəli ölkədir. Əgər subay kişisinizsə və Latviyaya gedirsinizsə, bəlkə də diqqət mərkəzində olmaq istəyirsiniz, amma evlisinizsə, Latviyadan mütləq uzaq durmalısınız. Oraya barmağınızda üzüklə getməyinizin heç bir fərqi yoxdur. Qızlar, sözün əsl mənasında, heyvanlar kimi üstünüzə hücum edirlər."Bu viral xəbərdarlığın rəsmi statistik əsasları var. Belə ki, Latviya dünyada qadınların sayının kişilərə nisbətən ən çox üstünlük təşkil etdiyi ölkələrdən biridir. Ölkədə kişilərin azlığı səbəbindən son vaxtlar məişət işləri (təmir, ağır yüklərin daşınması, santexnika və s.) üçün xidmət sektorunda populyarlaşan "Bir saatlıq ər" (Rent-a-husband) trendi medianın əsas mövzularından birinə çevrilib.Sosial şəbəkə istifadəçiləri qadının bu çıxışını həm zarafat, həm də ölkədəki real sosial və demoqrafik vəziyyətin ironik bir təqdimatı kimi qiymətləndiriblər.Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.