EN

Dizeli hansı ölkələrə və neçəyə satmışıq? – Siyahı


Bu ilin müvafiq dövrü ərzində Azərbaycan xarici ölkələrə 49 min 907,5 ton ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar (dizel yanacağı da daxil olmaqla) ixrac edib.
Yeniavaz.com
xəbər verir ki, ixrac olunan dizel yanacağının ümumi gömrük dəyəri 36 milyon 247,8 min dollar olub.
Hesablamalara görə, ixrac edilən dizel yanacağının 1 tonunun orta gömrük dəyəri 726 dollar təşkil edib. Dizelin orta sıxlığı (təxminən 0,84 kq/litr) nəzərə alınmaqla, bu göstərici 1 litr üçün təxminən 1 manat 4 qəpik səviyyəsinə uyğun gəlir.
Azərbaycan dizel yanacağını əsasən aşağıdakı ölkələrə satıb:
Ermənistan – 5 425,3 ton (1 litri təxminən 1 manat 3 qəpik);
Türkmənistan – 315,8 ton (1 litri təxminən 1 manat 14 qəpik);
Ukrayna – 2 410,6 ton (1 litri təxminən 1 manat 48 qəpik);
Əfqanıstan – 12 934,2 ton (1 litri təxminən 90 qəpik);
Gürcüstan – 22 847,7 ton (1 litri təxminən 93 qəpik);
Bolqarıstan – 5 973,9 ton (1 litri təxminən 1 manat 57 qəpik).

Elnur Əli
Chosen
3
2
yeniavaz.com

3Sources