EN

ABŞ-İran danışıqları BU TARİXDƏ keçiriləcək - "İslamabad bəyannaməsi"nin pərdəarxası

ABŞ və İran arasında növbəti danışıqlar mərhələsi iyunun 5-də keçirilə bilər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Al Hadath" telekanalı yayıb.

Məlumata görə, Tehran və Vaşinqton arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra münaqişəyə tamamilə son qoyulması məqsədilə yekun məsələlər üzrə danışıqlar aparılacaq.

İran və ABŞ arasındakı ilkin razılaşmanın "İslamabad bəyannaməsi" adlandırılacağı dəqiqləşdirilib.

Mənbələrin verdiyi məlumata görə, danışıqlar prosesində əsas vasitəçi rolunu oynayan Pakistan, əsas tərəflərin iştirakı olmadan da memorandum barədə elan verə bilər. Vaşinqton və Tehran isə yekun razılaşma üzrə danışıqlar başlayan zaman öz nümayəndə heyətlərinin rəhbərlərini prosesə ezam edəcəklər.

Musavat.com

Chosen
45
musavat.com

1Sources