EN

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.

 

Bu barədə XİN X-da paylaşım edib.

 

“Biz Pakistanın Kvetta şəhərində sərnişin qatarını hədəf alan iyrənc terror hücumunu qətiyyətlə pisləyirik. Bu hücum nəticəsində günahsız insanların faciəvi şəkildə həyatını itirməsi və çox sayda insanın yaralanması dərin təəssüf doğurur. Qurbanların ailələrinə səmimi başsağlığı verir, bu çətin məqamda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Bu cür terror aktlarına heç bir halda haqq qazandırıla bilməz və onlar bütün forma və təzahürlərində qəti şəkildə rədd edilməlidir”, - deyə XİN-nin paylaşımında qeyd edilib.

Tarix: 24 May 2026, 15:31   
Chosen
10
8
pravda.az

10Sources