EN

Razılaşmada hansı tərəf üstündür: İran, yoxsa ABŞ?

Vaşinqton Tehranla təklif olunan ilkin razılaşmanın bir hissəsi olaraq danışıqlar zamanı İran neftinin ixracına sanksiyaları dayandırmağı vəd edir.

“Cebheinfo.az” bu barədə “Tasnim” xəbər agentliyinin mənbələrə istinadən verdiyi məlumata əsasən yazır.

Qeyd olunur ki, bu, İrana bu müddət ərzində sanksiya rejimi ilə bağlı məhdudiyyətlər olmadan neft satmağa imkan verəcək. Məlumata görə, hər iki tərəf şərtləri təsdiqləsə, əvvəlcə anlaşma memorandumu elan edilə bilər. 

İddialara görə, sənəddə Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması zərurəti qeyd olunacaq. ABŞ-nin müttəfiqi olan İsrail də bu müddəalara əsasən Livanda hərbi əməliyyatları dayandırmalı olacaq.

Bundan sonra dəniz blokadası və Hörmüz boğazındakı vəziyyətlə bağlı tədbirlərin həyata keçirilməsi üçün 30 günlük müddət, eləcə də İranın nüvə proqramı üzrə paralel 60 günlük danışıqlar mərhələsi nəzərdə tutulur. İranın bu mərhələdə heç bir nüvə öhdəliyi götürmədiyi vurğulanır.

Chosen
39
50
cebheinfo.az

10Sources