EN

Pakistanda qatara terror hücumu - XİN qardaş ölkəyə başsağlığı verdi...



Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib. Bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

“Biz Pakistanın Kvetta şəhərində sərnişin qatarını hədəf alan iyrənc terror hücumunu qətiyyətlə pisləyirik. Bu hücum nəticəsində günahsız insanların faciəvi şəkildə həyatını itirməsi və çox sayda insanın yaralanması dərin təəssüf doğurur. Qurbanların ailələrinə səmimi başsağlığı verir, bu çətin məqamda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Bu cür terror aktlarına heç bir halda haqq qazandırıla bilməz”, - deyə XİN-nin paylaşımında qeyd edilib.

Qeyd edək ki, Pakistanın Kvetta şəhərində qatara bomba hücumu olub. Hücum nəticəsində ən azı 24 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

ZÜMRÜD.

Chosen
18
14
baki-xeber.com

10Sources