EN

Birinci yeri tutdular, yuxarı liqaya vəsiqə aldılar, qazancları başdan aşdı - FOTOLAR

Azərbaycan II Liqasının qalibi müəyyənləşib.

Sonuncu - XXVII turda səfərdə "Şəmkir"ə 1:0 hesabıyla qalib gələn "Xankəndi" çempion olub.

Beləcə, kollektiv 76 xalla I Liqaya birbaşa vəsiqə əldə edib.

Onun ən yaxın izləyicisi "Qaradağ Lökbatan" isə turnir cədvəlini 71 xalla ikinci sırada tamamlayıb.

Lökbatan təmsilçisi I Liqanı 9-cu sırada tamamlayan “Şimal” ilə pley-off matçında qarşılaşacaq. Qələbə qazanan tərəf 2026/2027 mövsümündə I Liqada təmsil olunacaq.

"Xankəndi" üst liqanın yolunu tutmaq münasibətilə məşqçi və futbolçularına mükafat verib.

Heç kimə borclu qalmaq istəməyən klub rəhbərliyi 30 min manat həndəvərində xərc çəkib. Bu məbləğdən komanda üzvlərinin hər birinə 1000-1500 manat pul çatıb.

SPORTİNFO.AZ

Chosen
25
sportinfo.az

1Sources