Mükəmməl ailə avtomobili seçmək asan iş deyil. Təhlükəsizlik, praktiklik və etibarlılıq da daxil olmaqla bir sıra xüsusiyyətlər nəzərə alınmalıdır.
Ölkə.az bildirir ki, GoBankingRates 2026-cı ilin ən yaxşı ailə avtomobillərini seçib. Bu reytinq U.S. News ekspertlərini apardığı araşdırmaya əsaslanır.
2026-cı ilin ən yaxşı ailə avtomobilləri bunlardır:
* ən yaxşı orta ölçülü iki sıralı krossover - Honda Passport
* ən yaxşı orta ölçülü üç sıralı krossover - GMC Acadia
* ən yaxşi kompakt krossover - Hyundai Tucson
* ən yaxşi böyük krossover - GMC Yukon
* ən yaxşi kompakt hibrid krossover - Hyundai Tucson Hybrid
* ən yaxşi orta ölçülü hibrid krossover - Hyundai Palisade Hybrid
* ən yaxşi hibrid krossover (PHEV) - Mazda CX-90 PHEV
* ən yaxşi kompakt elektrik krossoveri - Hyundai Ioniq 5
* ən yaxşi orta ölçülü elektrik krossoveri - Hyundai Ioniq 9
* ən yaxşi miniven - Kia Carnival
* ən yaxşi orta ölçülü avtomobil - Honda Accord
* ən yaxşi hibrid - Honda Accord Hibrid
* ən yaxşi orta ölçülü pikap - Honda Ridgeline
* ən yaxşi tam ölçülü pikap - Toyota Tundra
Hyundai modelləri reytinqdə beş yeri tutub. Cənubi Koreya avtomobilləri getdikcə populyarlaşır və Avropa, Yaponiya və Amerika brendləri ilə rəqabət apara biləcəklərini sübut etməyə davam edir. (lent.az)