EN

Bu axşamdan Həccin əsas əməlləri BAŞLAYIR

Ajans.az xəbər verir ki, bu barədə Məkkədən Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib. Mayın 26-sı axşam isə zəvvarlar Ərəfatdan Müzdəlifəyə yola düşəcəklər. Bununla da zəvvarlarımız Həccin əsas əməllərini yerinə yetirmiş olacaqlar. Bu il Həcc ziyarətinə 1,6 milyon müsəlman gedib. Azərbaycanın kvotası isə 1 150 nəfərdir. Qeyd edək ki, Azərbaycanda Qurban bayramı mayın 27- 28-i qeyd olunacaq.
Chosen
42
Ajans.az

1Sources