EN

Rusiya döyüş meydanında çıxılmaz vəziyyətə düşüb - Kallas

Rusiyanın ötən gecə ərzində Kiyevə "Oreşnik"lə hücumundan sonra Aİ xarici işlər nazirləri Rusiyaya qarşı təzyiqin artırılmasını müzakirə edəcəklər.

Hakimiyyet.az xəbər verir ki, bu barədə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sosial media hesabında yazıb.

"Rusiya döyüş meydanında çıxılmaz vəziyyətə düşüb. Ona görə də Ukraynanın şəhər mərkəzlərinə hədəflənmiş zərbələrlə qorxutmağa çalışır. Bunlar mümkün qədər çox mülki şəxsi öldürməyə yönəlmiş alçaq terror aktlarıdır", - Kallas qeyd edib.

Elvin

Hakimiyyet.az

Chosen
1
3
hakimiyyet.az

4Sources