ain.az, Qol.az portalına istinadən məlumat verir.
"Barselona" müdafiə xəttini onunla gücləndirə bilər
"Barselona" müdafiə xəttini İngiltərə Premyer Liqasında çıxış edən ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.
QOL.az xəbər verir ki, "Sport.es" nəşrinin məlumatına görə, Kataloniya təmsilçisi "Tottenhem"in argentinalı mərkəz müdafiəçisi Kristian Romeroya maraq göstərir.
Klubu müdafiəçi üçün 60 milyon avro təzminat tələb etsə də, katalonların rəhbərliyi isə oyunçu üçün bu qədər yüksək məbləğ ödəməyi planlaşdırmır.
Xatırladaq ki, cari mövsümdə Romero londonluların heyətində ümumilikdə 32 matçda meydana çıxaraq 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.